6 yaşından “Vogue” jurnalına verdiyi pozlarla dünyanın "ən gözəl uşağı" adlandırılan Tilan Blondo Londonda təşkil olunan mərasimlərdən birinə qatılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 17 yaşı olan Blondo tədbirə qısa güllü don, qara corab və çəhrayı paltoda gəlib.
Tilanın yaşının az olmasına baxmayaraq, dəbli geyinməsi diqqətdən yayınmayıb.
