Rusiyalı model İrina Şeyk Hollivud ulduzlarının türk fotoqrafı Mert Alaşla yeni fotolarını paylaşıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, rus model Mertin doğum gününü təbrik edib. O, Alaşla çəkilmiş şəkillərinə bunları yazıb: “Bir başqa bədəndə öz əkizinizi tapmış kimisiniz... Mənim gülməli və ağıllı türk qardaşım. Bütün bu möhtəşəm xatirələr səninlə birlikdə”.
Qeyd edək ki, İrina Şeyk britaniyalı aktyor Bredli Kuperlə vətəndaş nikahında yaşayır. Cütlüyün bir qızı var.