Model Bella Hadid restoranlardan birinə şam yeməyinə gedərkən paparazzilərə tuş gəlib.Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı model geyimi ilə diqqət çəkib.
Belə ki, o, "Christian Dior"dan damalı kostyum geyinib. Bellanın pəncəyin altından geyindiyi şəffaf köynəyindən, demək olar ki, bütün bədəni görünüb.
Hadid obrazını ağ qara idman ayaqqabısı və ağ balaca çanta ilə tamamlayıb.
