Müğənni Natavan Həbibi “Sevgi bizi yola verdi” mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, sənətçinin ifası “Youtube”də yerləşdirilib.
Natavan mahnı üçün video çarx da hazırlatdırıb. Müğənni bildirib ki, yaxın günlərdə ona klip də çəkdirəcək:
“Bu ərəfələrdə konsertlərlə bağlı yolumuz rayonlara düşdü, biz də yolboyu çəkilişlər edə-edə getdik. Düşündük ki, mahnının təqdimatını musiqili video çarx şəklində edək.
Mahnını dinləyicilərimin çoxdan gözlədiyini bilirəm. Gec olduğu üçün maraqlı təqdimat düşündüm. Buna klip də planlaşdırırıq”.