Kamilə: “103 kiloqram oldum”

Kamilə: “103 kiloqram oldum”
4290 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Kamilə Babayeva hamiləlik vaxtı çəkisinin artmasından söz açıb.

Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan "Sağlam olun" verilişinə qonaq olan aparıcı bildirib ki, həmin dövrdə 20 kiloqram kökəlib:

“Hamiləlik vaxtı çox kökəldim, çəkim 103 kiloqrama qalxmışdı. Bu məndə yeməklə yaranan piylənmə deyildi, bədənimdə şişkinlik var idi. Amma məni qorxutmurdu, rahat idim. Hətta özümlə zarafat edirdim, kiməsə bənzədib gülürdüm. Çünki əmin idim ki, bu çəkilərim gedəcək. Övladım dünyaya gəldikdən sonra 2 ay ərzində 20 kiloqram arıqladım. Heç bir pəhriz saxlamırdım, ciddi nəsə etmirdim. Sadəcə, psixoloji olaraq özümü müalicə edirəm, özümü arıqlayacağıma inandırıram”.