Müğənni Rəqsanə İsmayılova media nümayəndələrini və sənət dostlarını başına toplayıb qonaqlıq verib.
Axşam.az-ın məlumatına görə, tədbirin əsas məqsədi ifaçının bəstələdiyi mahnıları yerli müğənnilərə təqdim etmək olub.
Gecəyə müğənnilər Elnur Məmmədov, Xatirə İslam, Vasif Məhərrəmli, meyxanaçı Namiq Qaraçuxurlu, aparıcılar Afaq Gəncəli və Zaur Nəbioğlu da qatılıb. Mahnıları haqda danışan R.İsmayılova aranjiman işlərini Türkiyədə həyata keçirdiyini deyib. Onun sözlərinə görə, hər bəstəsi üçün 5 min manat xərcləyib. Gələn qonaqlar müğənninin mahnılarını çox bəyəniblər.
N.Qaraçuxurlu tədbirə gəlməzdən öncə bəstələrin necə alınacağı ilə bağlı tərəddüd yaşadığını, amma buraya gəldikdən sonra fikrinin dəyişdiyini söyləyib.
Tədbirdə bütün mahnılarını canlı şəkildə ifa edən sənətçi qızı Yağmura həsr etdiyi bəstəni Vasif Məhərrəmliyə verib. O, söyləyib ki, ifanın adı “Yağmur” olsa da, uşaq mahnısı deyil.
Foto: Rəşad ABBASOV