Ancelina Colinin oğlu onu geridə qoydu - Fotolar

Ancelina Colinin oğlu onu geridə qoydu - Fotolar
2127 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Ancelina Coli yalnız özü xeyriyyəçiliklə məşğul olmur, həm də bu hissi övladlarına aşılamağa çalışır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur ulduzun 10 yaşlı oğlu Peks Avstraliyanın milli parklarından birində kenquraya qarşı olduqca mərhəmətli davranıb.

O, bala heyvanı yorğana bükərək qucağında gəzdirib. “Daily Mail” qəzeti yazır ki, kenquru anasını itirdiyi üçün zooparkda saxlanılır və tərbiyə olunur. Peks bundan istifadə edərək onunla oynamaq şansı qazanıb.