Müğənni Elnur Məmmədov həmkarlarını mehriban olmağa səsləyib.
Axşam.az-ın məlumatına görə, ötən gün sənətçi Rəqsanə İsmayılovanın həmkarları və media nümayəndələri ilə görüşünə qatılan ifaçı səmimi söhbəti ilə diqqət çəkib.
O, 2014-cü ildə bütün sənətçilərin mehriban olmasını diləyib:
“Hamımız eyni sahənin insanlarıyıq. Dava etsək də, bir-birimizə acıqlansaq da, kin saxlamamalıyıq, bir olmalıyıq. Buradan bütün həmkarlarıma səslənirəm ki, gəlin mehriban olaq, bütün inciklikləri unudaq”.
Foto: Rəşad ABBASOV