Namiq: “Hər işimin arxasınca özüm qaçdım” - fotolar

Namiq: “Hər işimin arxasınca özüm qaçdım” -  fotolar
2489 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu 2014-cü il üçün planlarını indidən hazırlayıb.

Sənətçi Axşam.az saytına açıqlamasında yeni ildə solo konsert verəcəyini bildirib:
 
“Hər il bitəndə deyirəm ki, gələn il daha qüvvəli, daha enerjili çalışacağam. Amma ilin sonunda görürəm ki, budəfə də istədiyim baş tutmayıb. Çoxdandır, konsert verəcəyimi deyirdim. Amma iş çoxluğundan alınmır. Bu yaxınlarda Heydər Əliyev Sarayında bir konsertdə çıxış etdim. Çox darıxdığımı gördüm. Bu il mütləq solo konsert verəcəyəm”.

Meyxanaçı konsertinin təşkilatçılığı ilə də özünün məşğul olacağını deyib:

“Ötən konsertimdə də təşkilatçı var idi, amma çox işləri özüm etdim. Bu halda mənə təşkilatçının lazım olmadığını düşünürəm. Əgər bütün işin arxasınca özüm qaçacağamsa, başqasına nə ehtiyac var? İşçi komandamı böyüdəcəyəm və hər işi özümüz yerinə yetirəcəyik”.