“Möhtəşəm maşın” şousunun növbəti buraxılışı bayram əhval-ruhiyyəli keçib.
Axşam.az xəbər verir ki, artıq 15 gündür yayımlanan veriliş ötən dəfəkilərdən fərqli olaraq qalmaqal və söz-söhbətdən uzaq şəkildə davam edib.
Bir-birini əvəzləyən məşhurlar həm iştirakçılara uğurlar arzulayıb, həm də mahnı ifa edərək onların əhvalını yüksəltməyə çalışıb. Məşhurlar arasında müğənni Zamiq Hüseynov, Elçin Hüseynov, Aşıq Əli və başqaları yer alıb. Zamiq dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun maşınının olduğunu deyərək aparıcı Aydanın qələbə qazanmasını istədiyini vurğulayıb. Verilişin ən maraqlı məqamı isə iştirakçılarla ailələri arasında əlaqə yaradarkən yaşanıb. Belə ki, hər 3 finalçının ailə üzvləri müsahibə vasitəsilə iştirakçılara öz xoş sözlərini ünvanlayıb. Bu video çarxlardan kövrələn iştirakçılar göz yaşlarına hakim ola bilməyib.
Xatırladaq ki, aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişin finalçılarıdır.
“Möhtəşəm maşın” hər gün ATV telekanalında saat 23:00-da yayımlanır.