Dünən gənc müğənni Sevda Yahyayevanın ad günü olub.
Axşam.az xəbər verir ki, ifaçı bu əlamətdar günü yaxınları, sənətçi dostları ilə birlikdə qeyd edib.
Şəhər restoranlarının birində baş tutan mərasimdə maraqlı anlar yaşanıb. Sevdaya ilk sürpriz prodüser Tolikdən gəlib. Belə ki, Tolik birlikdə çalışdığı müğənni üçün tort hazırlatdırıb. Tort xalq artisti İlhamə Quliyevanın Sevdaya verdiyi titula uyğun – “feya” formasında olub.
Sevda bildirib ki, doğum gününü ilk dəfədir belə təmtəraqlı qeyd edir.
Qonaqlar tərəfindən hədiyyə yağışına tutulan Sevdanın ad gününə xalq artisti Faiq Ağayev, əməkdar artist Abbas Bağırov, müğənni Röya, Zamiq Hüseynov, Samir Cavadzadə, Ramal İsrafilov, Nazim Məmmədov, Günay İbrahimli, Günel Zeynalova, aparıcılar Afaq Gəncəli, Zaur Nəbioğlu, Zaur Baxşəliyev, Kazım Sübhan, Günel Hümbətova, bəstəkar Murad Arif, Pərviz Mahmudov, “Özünə bax” layihəsinin siması Ruhi Əliyeva və başqaları qatılıb.
Gecədən özəl fotoları təqdim edirik.
Foto: Rəşad ABBASOV