Röya küsülü olduğu müğənni ilə barışdı - fotolar

Röya küsülü olduğu müğənni ilə barışdı - fotolar
4894 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan uzun müddətdir küsülü olduğu sənətçi Sevda Yahyayeva ilə barışıb.

Axşam.az-ın məlumatına görə, barışıq Sevdanın dünənki ad günü məclisində baş tutub. Sənətçinin qonaqlığına gələn Röya onu qucaqlayıb təbrik edib. Röya məclisə həmkarı Samir Cavadzadə ilə birlikdə qatılıb. Müğənninin yeni imici də diqqət çəkib. Saçlarını qısa kəsdirən Röya onları tünd rəngə boyatdırıb.

Xatırladaq ki, Röya və Sevdanın küsməsinə səbəb ikincinin keçmiş prodüseri Pərviz Əsgərovun “Sevda Röyanın pərəstişkarı deyil” sözləri olmuşdu. Bundan qəzəblənən Röya daha Sevda ilə dost olmadığını və ümumiyyətlə, bundan sonra heç bir gənc müğənniyə dəstək olmayacağını bildirmişdi.

Foto: Rəşad ABBASOV