Aydan “Maşın” şoudan getdi

Aydan “Maşın” şoudan getdi
4772 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının aparıcısı Aydan Axundova “Möhtəşəm maşın” şousundan ayrılıb.

Axşam.az xəbər verir ki, səhhəti pisləşən Aydan maşından əlini çəkərək mübarizəni dayandırıb.

Hazırda avtomobil uğrunda iki iştirakçı – dicey Çina və klarnet ifaçısı  Hüseyn Məhəmmədoğlu yarışır.

Verilişin dünənki efir günündə müğənni Xumar Qədimova, Rəqsanə və Namiq Qaraçuxurlu qonaq olaraq sevilən mahnılarını səsləndirib.

Rəqsanə bir neçə gün öncə ad gününü qeyd edən Murad Dadaşova “M” hərfi formasında tort hədiyyə edib.

Xumar Qədimova isə avtomobili sonadək mübarizə aparacaq, dözüm nümayiş etdirəcək iştirakçının qazanmasını arzulayıb.

Xatırladaq ki, “Möhtəşəm maşın” hər gün saat 23:00-da ATV telekanalında canlı yayımlanır. Dekabrın 31-də şounun final buraxılışı baş tutacaq.