Müğənni Roza Zərgərli “Ti kto takoy, davay do svidaniya” meyxanasının müəlliflərindən olan İntiqam Rüstəmovla bir araya gəlib. Axşam.az-ın məlumatına görə, “Möhtəşəm maşın” şousunda bir-birinə rəqib olan 2 iştirakçı “Darıxma” adlı mahnını duet şəklində ifa ediblər. Mahnının sözləri meyxanaçının özünə məxsusdur.
Onlar işbirliklərini ekranlaşdırmağı da düşünürlər. Belə ki, yaxın müddətdə bu mahnıya klip çəkiləcək.