“Qalatasaray”ın və Türkiyə yığmasının üzvü Həmid Altıntop nişanlanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu uzun müddətdir birlikdə olduğu Feyza adlı xanımla münasibətlərini rəsmiləşdirib.
Cütlüyün nişanı “Hotel Les Ottomans” otelində baş tutub. Rəsmi hissədən sonra “Şamdan” restoranında parti olub. Səhərədək davam edən məclisə Burak Yılmaz, Səlçuk İnan, Gökhan Zan, Aydın Yılmaz və “Qalatasaray”ın digər üzvləri qatılıb.