"İlin mahnısı"na mükafatı Röya verdi - fotolar

"İlin mahnısı"na mükafatı Röya verdi -  fotolar
6270 dəfə oxunub
  • A-
  • A
  • A+

106.3 FM-in “Milli dalğa” layihəsi başa çatıb.

Axşam.az-ın məlumatına görə, bir neçə aydır davam edən sorğuda “İlin mahnısı” müəyyənləşib.

Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Miri Yusifin “Dostum” dueti birinci olub. “Milli dalğa” mükafatı öz sahiblərinə dicey Kazım Sübhanın “Müleyli” şousunda verilib. Qaydalara əsasən mükafatı Z.Xanbabayeva və Miri Yusifə ötən ilin birincisi Röya təqdim edib.

Canlı yayımda verilişin qonağı olan məşhurlar maraqlı anlar yaşayıb. Miri Yusif 106.3 FM-in  heyətinə yeni “Ağ qarğa” albomunu bağışlayıb.

Radionun kollektivi də xalq artistinə və müğənniyə onların fotolarından ibarət, xüsusi hazırlanan fotoalbom hədiyyə ediblər.

Foto: Rəşad ABBASOV