Türkiyənin meqastarı Tarkanın Qubadakı konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, Yeni ili Azərbaycanda qarşılayan müğənni qonaqlara möhtəşəm anlar yaşadıb.
Saat 00:00-da səhnəyə çıxan Tarkan sevilən mahnılarını səsləndirib. Gecədə müğənninin ifası ilə yanaşı, səhnə dekorasiyası da diqqət çəkib. Meqastardan əlavə səhnədə dicey Burak Yetər də yer alıb. Tarkanın “Quba Rixos Hotel”dəki çıxışından fotoları təqdim edirik.
Qeyd edək ki, Tarkan Azərbaycan konsertindən 1 milyon lirə (təxminən 500 min manat) qonorar alıb.