Türkiyəli müğənni Mustafa Sandal Yeni il gecəsi üçün aldığı iş təkliflərini qəbul etməyib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi səhnəyə çıxmaq əvəzinə, ailəsi ilə istirahət etməyi üstün tutub.
İfaçı xanımı Emina Sandalla birgə “Park Şamdan” restoranına yollanıb. Gecə boyu əylənən cütlük 2014-cü ili öpüşlə qarşılayıb. Mustafa Sandal saat 12 tamam olan kimi xanımının dodağından öpüb.