Türkiyəli müğənni Dəmət Akalın Yeni il tədbirinə qatılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 aylıq hamilə olan sənətçi sevilən mahnılarını ifa edib.
Jurnalistlərin suallarını cavablayan Dəmət hamiləliyin çox çətin olduğunu deyib:
“Tənha halda hamiləlik olmaz. Qəribə dövrdür. İnsan yanında övladının atasını görmək istəyir. Okan olmasaydı, çətinliklərin öhdəsindən gəlməyi bacarmazdım”.
Qeyd edək ki, Okan Kurtla evli olan D. Akalın Hira adını verdiyi qızını fevralda dünyaya gətirəcək.