Şimali Kiprin Şərqi Akdeniz Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir təşkil edilib.
Axşam.az xəbər verir ki, gecəni adıçəkilən universitetin Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Toğrul İbrahimli açıq elan edib. O, təmsil etdiyi qurumun ənənəvi olaraq milli günləri təşkil etdiyini xatırladaraq, gecənin məqsəd və əhəmiyyətindən danışıb.
Mərasimdə iştirak edən gənc müğənni Yaşar Cəlilov səsləndirdiyi mahnılarla izləyicilərin zövqünü oxşayıb. Gənc müğənni ifası zamanı zalda əyləşən xanımların hər birinə qızıl gül paylayıb.
Həmçinin ölkəmizlə bağlı qısa videoçarxın da nümayiş olunduğu gecədə Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbə Nəzrin Həsənovanın nigeriyalı tələbə Riçerd Oduki ilə birlikdə ifa etdikləri milli rəqs böyük maraqla qarşılanıb.