Rusiyalı müğənni Qlükoza məsciddə çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşıb. Axşam.az-ın məlumatına görə, İstanbula yollanan müğənni arzusuna çatıb:
“Müqəddəs Ayasofya məscidini gördüm. Gözəl yerdir, içəridə Göy məscid var. Ən böyük arzum İstanbulu gəzmək idi. Nəhayət buna nail oldum”.
Yeni il istirahətini İstanbulda keçirən Qlükozanın fotolarını təqdim edirik.