Türkiyəli futbolçu Arda Turan sevgilisi Sinəm Koballa barışmaq üçün əlindən gələni edir.
Axşam.az-ın məlumatına görə, Arda bu dəfə anasından kömək istəyib. Dəfələrlə küsüb-barışdığı Sinəmdən ayrıla bilməyən futbolçu onun könlünü almaq üçün hər yola əl atacağını bildirib. Yaxın dostlarının araya girməsinin bir nəticə vermədiyini görən A.Turan valideynlərini söhbətə qatıb. Futbolçunun anası Yüksel Turan gəlininin oğlunu bağışlması üçün çalışır. Sinəmin yaxınları isə onun nikah məsələsinin çox uzanmasından yorulduğunu və modelin barışmaq istəmədiyini bildirib.