Rəqqasə Oksana Rəsulova və aprıcı Xoşqədəm Hidayətqızı bənzər libas geyinib. Axşam.az-ın məlumatına görə, “Maşın” şounun açılışında geyindiyi paltarı aparıcının əynində görən rəqqasə bunu İnstaqram səhifəsində qeyd edib. O, libası birinci özünün geyindiyini bildirib:
“Bu paltarı “Maşın” şounun ilk buraxılışında geyinmişdim. Yeni il ərəfəsində eynisini Xoşqədəm xanımda gördüm. Verilişində geyinmişdi. İddia edə bilərəm ki, ilk dəfə mən geyinmişəm”.