Müğənni Xatirə İslam paytaxtın özəl klinikalarının birində riskli burun əməliyyatından sonra evə buraxılıb.
Lent.az-ın məlumatına görə, hazırda özünü yaxşı hiss edən müğənni həyat yoldaşı Fəxrəddinlə birgə çəkdirdiyi fotolarını “İnstagram” səhifəsində yerləşdirib. Şəkildən də göründüyü kimi üzü şiş olduğuna görə ifaçı hələ bir müddət maqazin proqramlarında görünməyəcək.