Türkiyəli rəqqasə Asena yeni il gecəsi Bolqarıstanın paytaxtı Sofiyada səhnəyə çıxıb.
Axşam.az-ın “Posta” qəzetinə istinadən məlumatına görə, yanvarın 1-də isə o, Plovdiv şəhərindəki “Princess" oteldə heyranlarını coşdurub. Asena rulet masasına çıxaraq seksual rəqslər nümayiş etdirib. İki gecədən ümumilikdə 60 min lirə (təxminən 30 min azn) qazanan Asenaya otelin sahibi Sudi Özkan brilyant qaşlarla bəzədilmiş “Rolex” markalı saat hədiyyə edib.