“Xalq ulduzu” yarışmasının iştirakçısı olmuş Mirkamil Kamilov vətənə qayıdır.
Axşam.az xəbər verir ki, ürəyində ciddi problemi olan sənətçinin İranda baş tutan əməliyyatı uğurlu keçib.
İfaçı artıq xəstəxanadan buraxılıb. Əməkdar artist Aybəniz Haşımova və qızı Aynişan Quliyeva bu ərəfədə onu tək qoymayıb.
Aynişan Mirkamillə çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşaraq müğənninin ayağa durduğunu və Bakıya qayıtmağa hazırlaşdıqlarını qeyd edib.