Müğənni Xatirə İslam əməliyyatdan sonra təəssüratlarını bizimlə bölüşüb. Axşam.az-ın məlumatına görə, sənətçinin şiddətli ağrıları var:
“Əməliyyat uğurlu keçib. Amma indi ağrılarım dözülməzdir. Mən təkcə estetik etdirmirdim, həm də çəpər əyriliyindən əziyyət çəkirdim. Həkimlər dedi ki, çəpər əyriliyi çox olduğundan ağrılar var. Hətta dişlərim də şişmişdi. Burnum gipsdədir. Tam nəticənin nə olduğunu deyə bilmirəm. Amma getdikcə yaxşılaşdığını hiss edirəm”.
Qeyd edək ki, Xatirə əməliyyatdan sonra 2 ay ictimaiyyətə görünməyəcəyini desə də, bu vədinə əməl etməyib. Sənətçi bir neçə gün əvvəl burnu gipsli halda fotolarını sosial şəbəkədə paylaşıb.