Türkiyəli model və aktrisa Merve Boluğurla müğənni Murad Dalkılıç ilk dəfə əl-ələ görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldakı restoranlardan birində şam yeməyinə çıxan cütlüyü dostları, müğənni Murad Boz və sevgilisi Eliz Sakuçoğlu müşayiət edib.
Merve və Murad restorandan çıxarkən əl-ələ tutub. Bu məqam paparatsilərin diqqətindən yayınmayıb.
Qeyd edək ki, M. Boluğur və M. Dalkılıç bir neçə gün əvvəl Yeni il partisindən qayıdarkən Muradın avtomobilində yaxalanmış və sonradan birlikdə olduqlarını etiraf etmişdilər.