Elnarə arıqlamaq üçün bunları edir - fotolar

Elnarə arıqlamaq üçün bunları edir - fotolar
7896 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnarə Xəlilovanın sürətlə arıqlaması bir çoxlarının diqqətindən yayınmayıb. Elə bu səbəbdən də sənətçi oxucuların istəyini nəzərə alaraq özəl pəhrizini açıqlayıb. Müğənni ailəm.az-a açıqlamasında bildirib ki, 7 kiloqram arıqlamaq niyyətindədir:

"Hazırda çəkim 67 kiloqramdı. 6 ay ərzində 60 kiloqram olmaq fikrindəyəm. Bu hədəfimə çatmaq üçün bir az səbr etməli olacam. Çünki sürətli arıqlamağın tərəfdarı deyiləm. Həm də ac olanda əsəbi oluram, stress keçirirəm. Dietoloqlar da deyir ki, ac qalaraq arıqlamaq insan səhhətinə ziyandı. Ona görə də öz metodumla arıqlayacam".

Elnarə dieatanın şərtləri kimi sağlam qidalanma, normal yuxu, alkoqolsuz və nekatinsiz həyat tərzininin vacib olduğunu vurğulayıb.
 
Ailem.az müğənninin özəl pəhrizini təqdim edir.
 
1. 3 ağ məmulatdan - un, şəkər tozu və duz tərkibli qidalardan imtina etməli.

2. Bol su içməli, xüsusilə səhər acqarına (qaynadılmamış və strelizə olunmuş).

3. Daha sonra 1 fincan südsüz və demək  olar ki, şəkərsiz qəhvə içməli.

4. Yalnız və yalnız ac olduğunuz halda yemək yeməlisiniz.

5. Səhər qəhvə içmək kifayət edir.

6. Əgər çox acmısınızsa, o zaman saat 12:00-dan sonra 2 soyutma yumurta (duzsuz) və ya kartof, ya da həcmi böyük olmayan soyutma toyuq və yanında 1 pomidor yeyə bilərsiniz.

7. Ananas, alma və ya qrey-frutun şirəsini içə, ya da meyvəsini yeyə bilərsiniz.  

8. Axşam saat 18:00-dək ac qalmağınız vacib şərtdi. Əgər mümkün olmasa, o zaman 1 ovuc badam, kişmiş, qaysı qurusu və qara gavalı yeyə bilərsiniz.

9. Qara çaydan imtina edərək, yaşıl çaya üstünlük verməlisiniz. Metabolizmin sürətlənməsi üçün darçın və ya
zəncəfil çaylarından da istifadə etmək olar. Təbii ki, çayı şəkərsiz, quru meyvələrlə içməlisiniz.

10. Saat 18:00-dan sonra yağsız və duzsuz şəkildə qaynadılmış və üzərinə qatıq əlavə olunmuş dənli bitkilərdən – qarabaşaq, qəhvəyi düyü, bulqur, yarma və s. hazırlayın. Üzərinə 200 qr soyutma mal, toyuq və balıq əti əlavə edərək yeyin.

11. Saat 21:00-22:00 radələrində möhkəm acsanız, o zaman çoban salatı yeməklə kifayətlənməlisiniz.

12. Saat 22:00-dək bütün işlərinizi bitirib yatmalısınız. Araşdırmalar göstərir ki, saat 22:00 radələrində yuxuda olan şəxslərdə boy hormonları ifraz olunur ki, bu da arıqlamaq üçün əlverişli məqamdı.

13. Gün ərzində mümkün qədər çox piyada gəzin, velosiped sürün, hovuzda üzün, aerobika, yoqa və ya pilateslə məşğul olun.