"2014-cü ilin qadını" seçildi

"2014-cü ilin qadını" seçildi
3225 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış aktrisa Eva Lonqoriya "Maxim" jurnalının versiyasına görə, "2014-cü ilin qadını" seçilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzu məşhur dərginin yeni ildəki ilk sayının siması olub.

38 yaşlı aktrisa yarıçılpaq pozlar verib. Eva Lonqoriya fotolarda real həyatdakından fərqli düşdüyünü bildirib:

"Yaxınlarım məni jurnallarda gördükdə çox təəccüblənirlər. Fotoda olduğum kimi görünmürəm".
Qeyd edək ki, E. Lonqoriya "Maxim" jurnalının "Ən ehtiraslı qadın" siyahısında 2 dəfə qalib olub.