"Boşanmış qadınlar gəlir ki, filan kişini mənə düzəlt" - Parapsixoloq Etibar Nəsibov

"Boşanmış qadınlar gəlir ki, filan kişini mənə düzəlt" -  Parapsixoloq Etibar Nəsibov
7841 dəfə oxunub
  • A-
  • A
  • A+

Parapsixoloq-ekstrasens Etibar Nəsibovun Axşam.az-a müsahibəsini təqdim edirik:

- Gəlin, ilk olaraq sizi parapsixoloq kimi tanıyaq. Neçə ildir fəaliyyət göstərirsiniz?

- 24 ildir parapsixoloq kimi çalışıram. 14 yaşımda özümdə qeyri-adi hallar hiss etməyə başladım. 10-cu sinifdə oxuyanda bir gün dərsdən gəldim və kliniki ölüm keçirdim, 3 ay ayılmadım. Ayılandan sonra isə başladım hadisələri danışmağa. İlk dəfə bibim qızına bir xəbər dedim. Neçə il uşağı olmurdu, dedim filan vaxtdan sonra uşaq sahibi olacaqsan və gerçəkləşdi. Başladı qonşular, eşidənlər gəlməyə. Hərə bir dərtlə müraciət edirdi.

- 14 yaşlı uşaq necə başa düşdü ki, bu vergidir?

- Kliniki ölüm keçirəndə qeyri-adi hallar yaşadım. 3 ay sonra ayılanda isə alma və armud istədim. Anama dedim ki, atam 30 alma alacaq, 27 ağ, 3-ü qırmızı olacaq. Necə demişdim, elə də oldu. Ondan sonra özüm və ailəm buna inanmağa başladı.

- Parapsixoloq kimi təhsiliniz var?

- Üç təhsil almışam. İlk hüquq fakültəsini bitirmişəm. Hazırda isə Moskvada parapsixoloq fakültəsində oxuyuram. Sonra müdafiə edib, elmi dərəcə almağı planlaşdırıram. İnsan beşikdən qəbrə kimi elmlə məşğul olmalıdır.



- Parapsixoloqla ekstrasensliyi nə ayırır?

- Eynidir. Parapsixoloqların 80 faizi ekstrasensdir. Onlarda altıncı hiss güclü olur. Hər insanda 6-cı hiss var, amma parapsixoloqlarda bu bir az çox olur.

- Sizə müraciət edənlər daha çox psixoloq, yoxsa ekstrasens kimi müraciət edir?

- Ekstrasens kimi... Hərə bir dərdlə gəlir. O qədər fərqli dərdlər var ki...

- Bu günə kimi harada idiniz, yəni niyə neçə ildən sonra gündəmə gəldiniz?

- Rusiyada fəaliyyət göstərirdim. Özümü reklam etmirdim. Biri gəlirdi yanıma, görürdü dediklərim düzdür, gedib tanıdıqlarına deyirdi. Beləcə, yanıma gələnlər çoxaldı.

- Sizcə ekstrasens gələcəklə bağlı necə faiz doğru proqnoz verə bilər?

- Mən, Allah deyiləm ki, hər şeyi yüz faiz deyim. Həyatımızı Allah daha düzgün bilir. Heç elə hadisələr olur ki, mənim onu insana deməyə haqqım olmur. Bəzən pis xislətli adamlar olur, heç onlara nəsə demirəm. Nastradamus, Vanqa belə hər şeyi demək iqtidarında olmayıb.

- Bildiyim qədəri ilə Rusiyada keçirilən "Bitva ekstrasens" yarışmasına qatılmısınız...

- Bu yaxınlarda ekstrasens Zirəddin Rzayev bir etiraf etdi ki, orada hər şey pulla idi. Kastinqlərdən keçdim, bir çox hadisələrin üstünü açdım. Axırda gəldilər ki, menecerin var? Başa düşmürəm ki, niyə bunlar menecer istəyir... Sonradan bildim ki, sən demə, pul istəyirmişlər. Dedilər ki, get menecerin gəlsin, filan məbləği versin, səni ikinci edək. Elə bir məbləğ tələb etdilər ki... Hətta bəzi iştirakçıların qulağına qulaqlıq qoyub, hadisələri deyib, onları yalandan reklam edirdilər. Bu yaxınlarda Rusiyanın başqa kanalında yarışmaya qatılacam, hamı görəcək.    



- Ekstrasens deyəndə, əlbəttə ağıla cadugər, falçı gəlir...

- Mən cadu etmirəm. Ekstrasenslər iki qrupa bölünür: görücülər və magiya. Məndə görücülükdür. Magiya ilə məşğul olanlar cindarlardır. Mənə də cadu üçün müraciət edənlər olur, amma qəbul etmirəm. Cadu yeri müəyyənləşdirə bilirəm. Mən görmə qabiliyyətimi göstərirəm.

- Bəs insanlara necə kömək edirsiniz?

- Proqnozu verirəm, sonra onları istiqamətləndirirəm. Yol göstərirəm və məsləhət verirəm. Dua, əl açıb Allaha yalvarmaqdır.

- Baxıcılar var ki, su, müqəddəs kitab, təsbehlə fala baxır. Sizdə hansı vasitədir?

- Heç birindən istifadə etmirəm. Sadəcə, eşitdiyim proqnozları verirəm. Üzbəüz, görürəm və deyirəm. Sənin dərdin budur. Allah vergisi olan adam belə olmalıdır. Avqustda oğlumla avtomobillə gedirdik, qəzaya düşdük. Övladıma deyirdim ki, asta sür, qəzaya düşəcəyik. Məni eşitmədi və oldu.

"CADU ETDİRMƏK İSTƏYƏNLƏRİ QOVURAM"

- Bu günə kimi sizin özünüzü belə təəccübləndirən ən böyük işiniz nə olub?

- O qədər olub... Hərdən özüm də təəccüblənirəm ki, necə olur. Bir dəfə oturanda dalbadal 10 proqnoz verdim. Səhəri hamısı oldu. Yanımda oturanlar da təəccüb içində idi. 

- Heç pis cadular, ev yıxmaq üçün müraciət edənlər olub?

- Qovmuşam. Bəzən adam danışmağa utanır. Xanımlar var ki, gəlirlər filankəslə mənə şirinlik et. Boşanan qadınlar daha çox olur. Gəlir ki, filan kişini mənə düzəlt. Deyirəm ki, mən cadugər deyiləm. Kimin ailəsini dağıdım?



- Bir də bayaq danışanda deyirdiniz, ruzi artırmaq üçün sizdən kömək istəyənlər olur...

- Əsas ruzini Allah verir. Ruzi duası "Quran"da var. Ruzi bağlanmır, sadəcə, neqativlərin təsiri olur. Neqativ yığılır, işlərin getmir. Təəccüblənirsən ki, axı qazanırdım, indi nə oldu? Bunlar ya nəfs, ya qara xətt, ya da cadudur. "Bəqərə", "Ayətəl kürsü" duaları tez-tez oxunmalıdır. Adicə "Fatihə" surəsi oxuyub suya buraxın, qüsul verin.

- Şou-biznes nümayəndələrindən yanınıza gələn olur?

- Rusiyada məşhurlar utanmadan görücü yanına getdiklərini deyirlər. Bizdə isə utanırlar. O qədər müraciət edən var ki... Çoxu işlərin alınmamasından şikayət edirlər. Niyə 3 ay əvvəl toy çox idi, maliyyə dəstəyim var idi, indi yoxdur. Onların adını çəkə bilmərəm, düzgün deyil. 

"NAMİQ QARAÇUXURLUYA CADU EDİBLƏR"

- Heç olur özünüz efirdə hansısa məşhuru görüb, proqnoz vermisiz?

- Namiq Qaraçuxurlu -  səhhətində, ailəsində problem oldu. Onun iki layihəsi var idi, alındıra bilmədi. Ona tilsim edilib. Yaxın günlərdə onunla görüşüb, kimin etdiyini deyəcəm. Onun yaxınında olan insanlardır. Elə sirrlər var ki, ictimaiyyət qarşısında deyəndə inciyirlər. İndi də Namiqə cadu edirlər. Apreldə yenə onu xəstə etmək istəyəcəklər. İstəsə, əlaqə saxlasın.

Damlanın məşhurluğunun azaldığını dedilər. Ona iki adam ləkə yaxmaq istədi. Onu bezdirdilər, buna görə də geri çəkilib. İki qadın və bir kişi ifaçı onun uğurlarına təsir etdilər. Damlanın başı şəxsi işlərinə qarışıb. Onun iki böyük layihəsi var. Bir filmdə də çəkiləcək.



"NADİR QAFARZADƏYƏ CADU TƏSİR ETMİR"

- 2019-cu ildə şou nümayəndələrini nə gözləyir?

- Nadir Qafarzadə çox emosionaldır, ona cadu batmır. Onun ailəsinə toxunmaq istədilər, bacarmadılar. Övladına toy etmək istəyir, amma saxlasın. Başqa ölkəyə köçmək istəyir, bunu da təxirə salsın. 2020-ci ildə onu böyük uğur gözləyir.

- Sizə daha çox kişilər, yoxsa qadınlar müraciət edir?

- Əlbəttə qadınlar... Özü də daha çox boşanmış xanımlar gəlirlər. Hərdən özüm də onların istəklərinə təəccüblənirəm. Mənim əlimdən ancaq onlara parapsixoloq kimi məsləhət vermək gəlir.

Zəhra ƏHMƏDOVA

Əlaqə nömrəsi: (994 55) 927 77 77

İnstaqram: ekstrasens_nasibov_official