Bu klip sutkaya 7 milyondan çox baxış toplayıb - Video
18 yaşlı müğənni Aleyna Tilki təəccübləndirməyə davam edir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı “Yalnız çiçek” adlı mahnısına klip çəkib.
Rejissorluğunu özü etdiyi ekran işi “Youtube”da sutkaya 7 milyon 500 min baxış toplayıb.
Sosial şəbəkədə Aleynanın bu məharətinə müğənni Demet Akalın münasibət bildirib. O, klipi Tilkinin çəkdiyinə inanmayıb və deyib:
“Əgər bunu həqiqətən də Aleyna çəkibsə, onda ona klip çəkdirən növbəti insan mən olacam”.
Qeyd edək ki, mahnının söz və musiqisi Yıldız Tilbeyə aiddir.