"Yalnız Zülfiyyə Xanbabayeva ilə rəfiqəyəm"

"Yalnız Zülfiyyə Xanbabayeva ilə rəfiqəyəm"
1599 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasındakı qalmaqal davam edir.

Axşam.az-ın məlumatına görə, bir vaxtlar can deyib, can eşidən rəfiqələr indi hər fürsətdə ünvanlarına sərt ismarıclar göndərirlər.

Brilliant Dadaşova məsələylə bağlı sosial şəbəkədəki profilində yeni fikirlərini bildirib.

Xalq artistinin yazdığı statusu olduğu kimi təqdim edirik:

“Mən yenə demək istəyirəm ki, konsert və Dövlət tədbirlərində səhnə arxasında kameraları görən kimi gəlib yanımda duran müğənnini çəkib, sonra tamaşaçıya rəfiqəm kimi təqdim ediblər. Hər yanımda duran müğənni dostum deyil. Həmişə çox mədəni surətdə izah etməyə çalışmışam ki, biz yalnız Zülfiyyə Xanbabayeva ilə illərdir rəfiqəyik. Çünki həyat tərzimiz və dünyaya baxışımız bənzərdir. Gündəlik həyatda dost olmadığım müğənni ilə düşmən deyiləm. Allah eləməsin. Bundan sonra da hansı müğənni istərsə, konsert və tədbirlərdə gəlib yanımda dura bilər. Və mən buna etiraz etmərəm”.