Kök model 108 kiloqram arıqlayaraq belə oldu - fotolar

Kök model 108 kiloqram arıqlayaraq belə oldu - fotolar
6787 dəfə oxunub
  • A-
  • A
  • A+

Kök model Rozi Merkado heyrətləndirəcək qədər arıqlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ilk əvvəl çəkisiylə problemi olmadığını deyən model daha sonra ətrafdakı insanlardan təhqir və təzyiq gördüyünü etiraf edib. Günbəgün kökəlməsi üç uşağını dünyaya gətirdikdən sonra daha da sürətlənib. O, 179 santimetr boyu ilə artıq 185 kiloqram çəkiyə çatıb.

36 yaşlı ananın evliliyi də uğursuz olub. Onun səbrini daşıran son nöqtə isə hava limanında qarşılaşdığı hadisə olub:

"Qeydiyyatdakı oğlan mənə dedi ki, başqa oturacaq üçün də ödəniş eləməliyəm, çünki aldığım yerə yerləşməyəcəyəm. Həm də bunu bütün növbədə duranların qarşısında dedi. Sonra mən ağlayaraq ödəniş etdim. Yol boyu isə bu barədə düşündüm ki, dəyişiklik etmək öz əlimdədir".

Ümumilikdə 108 kiloqram arıqlayan Rozinin arıqlama prosesi 5 il çəkib:

"İlk 50 kiloqramı fitnesin, qaçışın köməyi ilə atdım. Digər 50 kiloqramı mədə kiçiltmə əməliyyatı ilə ata bildim. Daha sonra estetik əməliyyat, pəhriz, həftənin hər günü idman etməklə buna nail oldum".

Rozi hazırda 77 kiloqramdır. O, artıq-tez-tez reklam təklifləri alır.