Açılış Milli Musiqi Günündə olacaq

Açılış Milli Musiqi Günündə olacaq
336 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqili Teatr 107-ci mövsümə 18 sentyabr - Milli Musiqi Günündə başlayacaq.

Axşam.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir  ki, açılış günü dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.

Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili və başqaları ifa edirlər.

Qeyd edək ki, 18 sentyabrda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı da başlayacaq.