Türkiyəli məşhurlar Bakıda moda həftəsində - fotolar

Türkiyəli məşhurlar Bakıda moda həftəsində -  fotolar
3146 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Baku fashion week”in açılış mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, noyabrın 27-nə kimi davam edəcək moda nümayişinə tək ölkəmizdən yox, dünyanın bir çox yerindən modelyerlər qatılıb.

Moda həftəsi üçün paytaxtımıza türkiyəli iş xanımı, modelyer Selma Çilek, bloqer İlkem Öztürk də gəlib.

Açılış mərasimində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova da yer alıb. Tanınmış xanımların gecədən fotoları sosial şəbəkədə paylaşılıb.

“Nargis” nəşriyyat evinin sahibəsi Ülviyyə Mahmudova da İlkem Öztürklə çəkdirdiyi şəkli izləyiciləriylə bölüşüb.

Kəmalə İbrahimova, İlkem Öztürk



Ülviyyə Mahmudova, İlkem Öztürk





İlkem Öztürk





Kəmalə İbrahimova, İlkem Öztürk