Son zamanlar sosial şəbəkədə xüsusi effektlərlə insan üzünü müxtəlif canlılara bənzədilərək video və şəkil paylaşması (snapchat) dəb halına düşüb.
Axşam.az-ın "Posta"ya istinadən məlumatına görə, türk şou biznesinin divası Bülent Ersoy da "snapchat"dən istifadə edərək, ceyran formasında olan videosunu sosial şəbəkədə paylaşıb.
İfaçı görüntüdə: "Məni niyə ceyran formasında çəkirsiniz? Mən ceyran yox, dovşan olmaq istəyirəm", - deyib.
B.Ersoyun bu görüntüsü sosial şəbəkədə ən çox paylaşılan və müzakirə olunan videolardan biri olub.