Məşhur serial reytinq qurbanı oldu - final edəcək

Məşhur serial reytinq qurbanı oldu -  final edəcək
3679 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni mövsümdən bir çox telekanallarda olduğu kimi "Show Tv"də də maraqlı seriallar yayıma başlamışdı. Onlardan biri də "Kalp atışı" idi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, baş rollarını Öykü Karayel ile Gökhan Alkanın canlandırdığı ekran işi reytinq qurbanı olub. Cümə günləri efirə gedən serial yüksək reytinq verə bilmir.

"Şevkat Yerimdar", "İstanbullu gelin", "Arka Sokaklar" və "Payitaht Abdülhamid" ilə mübarizə aparan "Kalp atışı" geri qalıb. Yaradıcı heyət heç onuncu sıraya belə girə bilməyən serialı bitirmək qərarına gəlib.