Ayrıldığı xanımına villa bağışladı - Anası da evsiz qoydu

Ayrıldığı xanımına villa bağışladı - Anası da evsiz qoydu
7117 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ilin noyabrında serbiyalı həyat yoldaşı, model Emina Sandalla yollarını ayıran Mustafa Sandal anası ilə mübahisə edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Çubuklu istiqamətində yerləşən 15 milyon lirəlik villasını xanımı və 2 oğluna bağışlayıb ofisdə qalır.

Bundan təngə gələn Mustafa anasına “Ulusdakı evdən kirayəçiləri çıxart, oraya köçəcəm” deyib.

Sandalın anası Tülin İleri isə oğluna “Çıxartmıram. Get, Çubukludakı villanı sat, pulunu arvadınla yarı böl” dediyi üçün aralarında mübahisə yaranıb.

Mustafa anasına acıq edərək ofisdə yaşamağa davam edib.

Qeyd edək ki, Emina ilə Mustafa 2008-ci ildə ailə qurub. Onların iki övladı var.