Sabah Bakıda atəşfəşanlıq olacaq
Mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert olacaq.
Axşam.az lent.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, konsert saat 21:00-da başlayacaq və saat 23:00-da möhtəşəm atəşfəşanlıq olacaq.