Xalq artistinə vəzifə verildi

Xalq artistinə vəzifə verildi
9476 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın sevilən aktyoru, xalq artisti Valeh Kərimov işlə təmin olunub.

Axşam.az xəbər verir ki, bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu mövsüm Gəncə Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərəcək:

“Hazırda Gəncədəyəm. Məni buraya rejissor kimi dəvət ediblər. Həm tamaşalar hazırlayacağam, həm də aktyor kimi rollar oynayacağam”.

V.Kərimov bildirib ki, hazırda sözü gedən teatrda quruluş verəcəyi əsəri teatr rəhbərliyi ilə müzakirə edir:

“Mənim fikrimdə çox əsərlər var. Teatrın imkanları çatan əsərləri səhnəyə gətirəcəyəm”.

Xatırladaq ki, Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərirdi. O, ötən mövsümdə yaşla əlaqədar teatrdan kənarlaşdırılıb.