Dünən Moskvada "Rusiya gözəli" ("Краса России-2015") yarışmasının qalibi bəlli olub.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Primorsk rayonundan olan 18 yaşlı Aleksandra Çerepanova birinci yeri tutub.
Qeyd edək ki, Aleksandra 2011-ci ildə Vladivostok gözəli seçilmişdi. O, indi Rusiyanı dünyada təmsil edəcək.