Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan vəfat edib

Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan vəfat edib
1496 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada azərbaycanlı iş adamı koronavirusdan dünyasını dəyişib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, Moskva vilayətinin İstra rayonunda yaşayan 49 yaşlı Rövşən Muradov COVID-19 virusundan həyatını itirib.

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin fəal üzvü olan Rövşən Muradov Azərbaycan diasporunun xeyriyyəçi simalarından olub.

Həmyerlimiz dünən Moskva vilayətinin Krasnoqorsk şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun anasının da iki həftə əvvəl həmin xəstəxanada koronavirusdan həyatını itirdiyi bildirilib.

Azərbaycanlı iş adamının cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib.