Aparıcı Günel Hümbətova “Space” telekanalında yayımlanan “25-ci saat” verilişindən razı qalıb.
Axşam.az-ın məlumatına görə, Günel yaxın zamanda daha bir layihə ilə ekrana gələcəyini söyləyib:
“Yeni verilişim bir çoxlarını təəccübləndirdi. Hamı məni qınayır ki, bu nədir, balaca bir veriliş. Amma mənim ürəyimcədir. Bir çox ekran işlərindən daha maraqlıdır: qısa, fərqli, maraqlı. Amma bunu böyük layihə adlandırmıram. Daha böyük bir veriliş üzərində çalışıram. Yaxın günlərdə o da yayıma başlayacaq”.