Pəhrizlə arıqlayan Emma Ələkbərzadədən pəhriz yeməyi resepti
Axşam.az xəbər verir ki, “ailem.az”-ın “Məhşurların mətbəxindən” rubrikasının növbəti qonağı müğənni Emma Ələkbərzadədir. Ciddi pəhriz saxlayaraq görkəmini tamamilə dəyişən Emma bizə pəhriz yeməyi resepti təqdim edib:
“Həyat yoldaşımın və mənim çox sevimli balıq yeməyimizin reseptini təqdim edəcəm. Bu, çox faydalı yeməkdir. Həm insanı kökəltmir, həm də həmişə formada saxlayır”.
Balıq yeməyi üçün lazım olan ərzaqlar:
Bir balıq və limon
Hazırlanma qaydası:
Balıq təmizlənir və yuyulur. Sonra üzərinə limon suyu sıxılır. Balığa duz və istiot vurmaq lazım deyil. Balıq sobada və ya stolüstü manqalda bişirilir. Tez-tez baxmaq lazımdır ki yanmasın. Hazır olanda bir də üstünə limon suyu sıxılır və süfrəyə verilir. Yeməyi tərkibində moyenez olmayan bütün salatlarla yemək olar.