"Ana olmaq istəyirəm, ərimin olub-olmamasının önəmi yoxdur"
Media
15:05 / 13.03.14
2391dəfə oxunub
A-
A
A+
Dünyanın ən məşhur supermodellərindən biri, 43 yaşlı Naomi Kempbell ana olmaq istəyir. O, sevgilisi, rusiyalı milyarder Vladimir Doronindən ayrılandan sonra kimsə ilə birlikdə yaşamır.
Milli.Az ABC-yə istinadən bildirir ki, "SiriusXM Radio Town Hall"da Diana fon Furstenberqin suallarını cavablayan Naomi Kempbell deyib:
"Ana olmaq, doğmaq istəyirəm. Ərimin olub-olmamasının əsla önəmi yoxdur. Yaşımın elə vaxtındayam ki, mən də övlad sevincini duymağı arzulayıram və bu arzumu da həyata keçirmək qətiyyətindəyəm".
N.Kempbell 2008-ci ildə kistanın götürülməsi ilə bağlı cərrahiyyə əməliyyatına məruz qalandan sonra bəyan etmişdi ki, ana ola bilməyəcək. Lakin sonradan o, "yanlış danışdım, ana ola bilərəm" söyləmişdi.