Axşam.az-ın məlumatına görə, sənətçi orada olan yaşlı insanlara Novruz bayramı sovqatı bağışlayıb. Daha sonra onlarla birgə nahar edən Nadir bir neçə mahnı oxuyub. Daim xeyriyyə tədbirlərinə qatılan müğənni bu tədbirlə bağlı açıqlama vermək niyyətində olmadığını söyləyib:
“Mən daim qocalar evinə gedirəm. Bunu hər dəfə açıqlayası deyiləm. Bircə onu deyə bilərəm ki, bu mənim içimdən gəlir. Reklam etməyin tərəfdarı deyiləm”.