Nərgiz Paşayevanın qızı məşhur cütlüyü Bakıya gətirdi

Nərgiz Paşayevanın qızı məşhur cütlüyü Bakıya gətirdi
4079 dəfə oxunub
  • A-
  • A
  • A+
Sevgilisi ilə dünyanı gəzən və getdikləri hər ölkədə şəkil çəkdirib, şəxsi “İnstagram” səhifəsində paylaşaraq fenomen olan Murad Osman Bakıdadır.
 
Axşam.az-ın ailem.az-a istinadən verdiyi xəbərə görə, məşhur “Follow me” ("İzlə məni")layihəsinin müəllifi olan fotoqraf sevgilisi ilə Bakıya gəlib. Cütlüyün şəklini Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudova özünün “İnstagram” səhifəsində paylaşıb.
 
Qeyd edək ki, Murad Osman Bakıya Ü.Mahmudovanın dəvəti ilə gəlib. O, Ü.Mahmudovanın baş redaktoru olduğu buro247.az saytının bu gün keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Onu da bildirək ki, təqdimat mərasimində Murad Osmanla yanaşı dünyanın bir çox məşhur simaları iştirak edəcək.