Bir müddət öncə nişanlanan gənc ifaçılar Sabir Əhmədov və Aygün Rəhimovanın ayrıldığı söylənilirdi.
Axşam.az-ın məlumatına görə, sənətçilərin son günlər İnstaqram hesablarında bir-birinə aid fotolar və şərhləri silməsi bu fikirləri daha da gücləndirib
Daha öncə tərəflər bunu inkar etsələr də, Aygün Rəhimova Facebook hesabından açıqlama vermək qərarına gəlib:
“Mənim əzizlərim, bütün dostlarıma müraciət edirəm. Bu gündən etibarən mən subay biriyəm. Çox xahiş edirəm ki, bundan sonra nişanlanmağımla bağlı mənə sual verməyin. Bu, həyatdır. Bütün hekayələr xoşbəxt sonluqla bitmir. Hər birinizi öpürəm və sizə həyatda yaxşı, layiqli insanlar arzulayıram”.
Xatırladaq ki, bir müddət öncə ANS telekanalının “Adam içində” verilişinə Sabirlə bağlı məktub göndərilib. Aparıcı Elgiz Əkbər məktubu Aysel adlı xanımın yazdığını bildirib. Verilişdə Sabirin ilk həyat yoldaşı ilə var-dövlətə görə evləndiyi iddia olunub. Daha sonra aparıcı E.Əkbər məktubu Aygünə təqdim edib.