Şou əhli Novruzu belə qarşıladı – fotolar

Şou əhli Novruzu belə qarşıladı – fotolar
2277 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesin tanınmış simaları Novruz çəkilişlərinə qatılıb.

Axşam.az-ın məlumatına görə, bu dəfə onları “Lider” telekanalında yayımlanan “Rəngarəng” verilişi bir araya gətirib.

Verilişdə xalq artisti Faiq Ağayev, əməkdar artist Baloğlan Əşrəfov, Gülyaz və Gülyanaq Məmmədova, müğənni Xatirə İslam, İzzət Bağırov, Elçin Cəfərov, Sevda Yahyayeva, rəqqasə Fatimə Fətəliyeva, meyxanaçı Namiq Qaraçuxurlu və başqaları iştirak edib.

Qeyd edək ki, "Rəngarəng"in aparıcılığını Zaur Nəbioğlu, rejissorluğunu Aynurə Tahirqızı, müxbirliyini Aytac Bayramzadə edir. Veriliş bu həftədən etibarən bazar günləri, saat 22:30-da “Lider” telekanalında yayımlanacaq.

Foto: Rəşad ABBASOV